Gürcüstan Xüsusi Penitensiar Xidmətində müddətli hərbi xidmət keçən erməni əsilli əsgər özünü odlu silahdan açdığı atəşlə yaralayıb. SİA gürcü KİV-nə istinadən xəbər verir ki, insident ötən gün gecə saatlarında baş verib.
Zərərçəkən 20 yaşlı Xaçatur Mankasaryan cari ilin oktyabrında məcburi hərbi xidmətə çağırılıb. Hərbi öhdəliyini yerinə yetirən zaman özünə xəsarət yetirən əsgər dərhal xəstəxanaya yerləşdirilib və əməliyyata alınıb. Hazırda vəziyyəti stabildir. Hadisənin ehtiyatsızlıq yoxsa sui-qəsd faktı olması araşdırılır.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB