Ankarada şübhəli bilinən 30 nəfər saxlanılıb

Ankarada şübhəli bilinən 30 nəfər saxlanılıb

Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən Ankara şəhərində İŞİD terror təşkilatına qarşı genişmiqyaslı antiterror əməliyyatı keçirilib. SİA-nın verdiyi məlumata görə, əməliyyat zamanı 30 nəfər şübhəli şəxs saxlanılıb. Həbs olunanlar xarici ölkə vətəndaşlarıdır. Tibbi müayinədən keçirilən bu şəxslər haqqında konkret faktlar üzrə cinayət işi açılıb.

Əməliyyat keçirilən ünvanlarda terror məqsədi ilə istifadə olunan çoxlu sayda vəsait ələ keçirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə