19 dekabrda ABŞ Prezidenti Donald Trampın verdiyi qərar çərçivəsində amerikalı əsgərlərin Suriyadakı ilk qrupu ölkədən çıxarılıb. SİA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Suriyanın İraqla sərhədinə yaxın Malikiyyə qəsəbəsindəki hərbi baza boşaldılıb. Məlumata görə, “Hummer” tipli hərbi texnikalar və əsgərlər İraqdakı bazaya göndərilib.
Qeyd edək ki, 2016-cı ildən Suriya ərazisinə daxil olan ABŞ-ın burada 18 hərbi bazası mövcuddur
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB