Helikopter qəzasında bütün heyət öldü

Helikopter qəzasında bütün heyət öldü

Birləşmiş Ərəb Əmirliyində helikopter qəzası olub. SİA xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin şimalında yerləşən Ras-əl-Hayma əmirliyində qeydə alınıb.

Cebel Cays dağında qəzaya uğrayan "AgustaWestland AW139" helikopterinin heyəti hadisə yerində həlak olub.

Bildirilir ki, göyərtədə olan xilasedicilər xilasetmə əməliyyatını həyata keçirirmişlər. Qəzanın səbəbi araşdırılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə