Açıqlandı: Putin bu il telefonla ən çox Ərdoğanla danışıb

Açıqlandı: Putin bu il telefonla ən çox Ərdoğanla danışıb

Rusiya prezidenti Azərbaycan prezidenti ilə 3 dəfə telefonla əlaqə yaradıb. "Komsomolskaya Pravda" qəzetinin bir məqaləsinə görə, Rusiya prezidenti Vladimir Putinin il ərzində ən çox telefon danışıqları apardığı prezident Rəcəb Tayyib Ərdoğan olub.

Putin və Ərdoğan 19 dəfə telefonla danışıb. Bu haqda "Komsomolskaya Pravda" qəzetinin jurnalisti Dmitri Smirnov məlumat verib. O, Putinin mobil telefonunun olmadığını və bütün telefon danışıqlarının xüsusi telefon vasitəsilə edildiyini deyib.

Məqaləyə görə, Putinin iştirak edəcəyi tədbirlərin təşkil ediləcəyi yerlərə əvvəlcədən xüsusi xətt çəkilir. Məsələn, bir il bundan əvvəl Putin "Komsomolskaya Pravda" qəzetinə etdiyi səfəri zamanı xətt əvvəlcədən qurulub.

"Rus lider Rəcəb Tayyib Ərdoğanla buradan danışmışdı". Jurnalist əlavə edib. Ərdoğanla Putin arasındakı danışıqlarda əsasən Suriya və Yaxın Şərqdəki əməkdaşlıq müzakirə edilib. Ərdoğandan sonra Fransa prezidenti Emmanuel Makron Putinə 13 dəfə zəng etməklə ikinci olub.

Putin Qazaxıstan lideri Nursultan Nazarbayevlə 11, İsrailin Baş naziri Binyamin Netanyahu ilə 10, Almaniya kansleri Angela Merkellə isə 8 dəfə telefonla əlaqə saxlayıb.

Rusiya lideri Ermənistanın Baş naziri ilə 6, Belarus prezidenti ilə 5, Azərbaycan, Türkmənistan və Özbəkistan prezidentləri ilə 3 dəfə telefonla əlaqə yaradıb.

ABŞ prezidenti Donald Trampın və Ukrayna prezidenti Pyotr Poroşenkonun Putinlə iki dəfə telefon görüşməsi edib. İran, Finlandiya, Misir və Cənubi Osetiya liderləri ilə də 2 dəfə danışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə