Vyanada kilsəyə hücum olub!

Bu gün axşam saatlarında iki naməlum şəxs Vyananın 21-ci rayonundakı katolik kilsəsinə hücum edib.TASS informasiya agentliyi xəbər verir ki, hücum nəticəsində yaralananlar var. Vyana polisinin məlumatına görə, basqınçılar kilsədəki din xadimlərini qarət edərək qaçıblar.

Hazırda hadisə yerində operativ istintaq qrupu və şəhər polisinin xüsusi təyinatlı dəstələri işləyir. Yaxınlıqdakı küçələr bağlanıb. Polis cinayətkarları axtarır. Şahidlər kilsədə atəş səsləri eşidildiyini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə