Türkiyədə turistlərdən təhlükəsizlik vergisi alınacaq

Türkiyədə turistlərdən təhlükəsizlik vergisi alınacaq

Türkiyə hökuməti ölkə aerportlarından istifadə edən turistlərdən təhlükəsizlik vergisi alacaq. Gələn ay bu qərarın tətbiqinə başlanılacaq. Bildirilib ki, hökumət hava limanlarının təhlükəsizliyinin artırılması məqsədilə belə addım atıb. Belə ki, artan xərclər məhz elə turistlərin ödədiyi vergilər hesabına təmin ediləcək.

Məlumata görə, vergi ödənişi əvvəlcə 3 avro həcmində müəyyən edilsə də, sonradan Mədəniyyət və Turizm Nazirliyinin müdaxiləsi ilə bu 1,5 avroya qədər endirlib.

Bütün xəbərlər Facebook səhifəmizdə