İranda yeddi nəfər edam edilib

İran mətbuatının yaydığı məlumata görə, yanvarın 3-də səhər saatlarında İranın Kermanşah cəzaçəkmə yerində yeddi nəfər edam edilib.

SİA-nın xəbərinə görə, edama məhkum olunanlar müxtəlif növ narkotik maddələrin satışında təqsirləndirilən şəxsələrdir. Onlardan ümumilikdə yüz beş kiloqramdan çox narkotik maddə aşkar edilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə