Çində on mindən çox məmur cəzalandırılıb

Çində on mindən çox məmur cəzalandırılıb

Çində ötən ay maliyyə intizamını pozduğu üçün 10 min 295 partiya üzvü və məmur cəzalandırılıb. Bu barədə Çin Kommunist Partiyasının İntizam Komissiyasının və Dövlət Nəzarət Komissiyasının birgə məlumatında qeyd olunur. Tabeliyində olanlara icazəsiz maddi mükafatların verilməsi, hədiyyələrin qəbul edilməsi və verilməsi, dövlət vəsaiti hesabına ziyafətlərin təşkili də daxil olmaqla ümumilikdə 7249 hal üzrə partiya maliyyə intizamının pozulması halı qeydə alınıb.

İlin 11 ayında isə 55 min hal üzrə 78 mindən çox partiya üzvü və məmur maliyyə intizamını pozduğu üçün cəzalandırılıb.

Çin Kommunist Partiyası 2012-ci ilin sonunda məmurların maliyyə intizamının möhkəmləndirilməsinə və partiya prinsiplərinə uyğun olmayan fəaliyyətlərinin azaldılmasına dair 8 maddəlik qaydaları təsdiq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə