Kabulda hökumət binasına edilən hücum nəticəsində ən azı 43 nəfər ölüb, 10 nəfər isə yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bundan əvvəl 28 nəfərin öldüyü, 3 nəfərin isə yaralandığı bildirilirdi.
Xatırladaq ki, ötən gün Kabulda İctimai İşlər Nazirliyinin binasında 3 partlayış baş verib. Təcavüzkarlar bina ərazisinə atəş açaraq daxil olub, orada insanları girov götürüblər.
Qeyd edək ki, təhlükəsizlik qüvvələri hökumət binasını azad edib, üç cinayətkar məhv edilib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB