Rusiyada mədənçilərin 9-nun da meyiti tapılıb

Rusiyada mədənçilərin 9-nun da meyiti tapılıb

Rusiyanın Perm vilayətində xilasedicilər qəza nəticəsində mədəndə qalan 9 mədənçinin meyitini aşkar edib. SİA-nın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Perm vilayəti hökümətinin mətbuat xidmətindən bildiriblər. Mətbuat xidmətindən deyiblər: "Xilasedicilər birinci səviyyədə 2 meyit, ikinci və üçüncü səviyyədə 7 meyit aşkar ediblər". Qeyd edək ki, hadisə zamanı şaxtada 17 nəfər olub. Onlardan 6 nəfəri çıxıb xilas olublar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə