İslam Kərimovun baş mühafizəçisi həbs olunub

İslam Kərimovun baş mühafizəçisi həbs olunub

Özbəkistanın eks-prezidenti İslam Kərimovun təhlükəsizlik xidmətinin keçmiş rəhbəri general-mayor Muicona Toxiriy həbs edilib. Bu barədə Özbəkistan Baş Prokurorluğu məlumat yayıb. Hazırda Toxiriylə bağlı istintaq tədbirləri aparılır.

Qeyd edək ki, Toxiriy 2013-cü ildən 2016-cı ilə qədər Kərimovun təhlükəsizlik xidmətinin rəhbəri olub. Bundan öncə isə o, Özbəkistanın "boz kardinal"ı sayılan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Rüstəm İnayətovun müavini kimi fəaliyyət göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə