Əlvida daş kömür

Almaniyada daş kömür hasilatının tarixi 9 əsrdən çox davam edib. Avropa İttifaqının yaranmasının birləşdirici elementi məhz daş kömür və polad olub. Budur Almaniyada yanacağın bu növünün hasilatı tarixi bu həftə başa çatır. SİA xəbər verir ki, Rur regionundakı keçmiş şaxtaçılar şəhəri Botropda sonuncu şaxta bağlanıb. Bundan sonra ölkəyə kömür idxal olunacaq.

Belçikada sonuncu şaxta hələ 1992-ci ildə, Fransada 2004-cü ildə, Böyük Britaniyada 2015-ci ildə bağlanıb. Bütün hallarda iqtisadi mülahizələr - kömür hasilatının səmərəsiz olması rəhbər tutulub. Budur ilk dəfədir ki, əhalini iqlim dəyişmələrinə təsir göstərən zəhərli tüstülərdən və parnik qazları tullantılarından qorumaq məqsədi ilə yanacağın bu növünün hasilatından imtina edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə