ABŞ prezidenti Barak Obama xüsusi səlahiyyətindən istifadə edərək Konqresin tətildə olduğu vaxtda Metyu Brayza da daxil olmaqla, müxtəlif vəzifələrə namizəd olan 6 nəfəri senatın təsdiqi olmadan səfir təyin edib. SİA-nın "voanews"-ə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ evin yaydığı bəyanatda qeyd olunub.
Bəyanatda bildirilir: "Prezident uzun müddətdən bəri vakant qalan altı mühüm vəzifəyə namizədlərini Konqresin tətildə olduğu zamanda təyin etmək qərarını açıqlayıb. Birləşmiş Ştatları prezidenti Barak Obamanın öz səlahiyyətlərindən istifadə edərək, Konqresin tətildə olduğu bir zamanda təyinatlarını həyata keçirdiyi rəsmilərin siyahısına Azərbaycan Respublikasına səfir təyin olunan Metyu Brayzadan əlavə baş brokurorun müavini, Dövlət Nəşriyyatı İdarəsinin başçısı, ABŞ-ın Çex Respublikası, Suriya və Türkiyəyə səfirləri də daxildir".
Qeyd edək ki, senatın Dövlət Katibinin Avropa və Avrasya Məsələləri üzrə Müşaviri Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi senatın Xarici Əlaqələr Komitəsində geniş müzakirə edilib. Lakin Komitənin üzvlərindən, Demokratlar Partiyasından Barbara Bokser və Robert Menendez senator olaraq səlahiyyətlərindən istifadə edərək Metyu Brayzanın namizədliyinin səsə qoyulmasının qarşısını aldılar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB