"ABŞ ordusunun Suriyadan çıxarılması hava zərbələrinin də sonu deməkdir"
ABŞ Prezidenti Donald Tramp tərəfindən Suriyadan qoşunları çağırmaq barədə verilən əmr həmçinin İŞİD terrorçu dəstələrinə qarşı hava zərbələrinə son qoymağı nəzərdə tutur. Bu barədə məlumatı “Reuters” mənbələrinə istinadən bildirib.
Xatırladaq ki, ABŞ Prezidentinin 19 dekabr tarixli sözügedən əmri veriləndən sonra Suriyadan ABŞ ordusuna məxsus ağır texnikanın daşınmasına başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB