Rusiya Müdafiə Nazirliyinə məxsus "Antonov An-22" təyyarəsi səhər saatlarında qəzaya uğrayıb. SİA-nın "İnterfaks" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nətisəcində təyyarədə olan hərbçilərin hamısı həyatını itirib.
Agentliyin məlumatına görə, 11 hərbçinin olduğu təyyarə paytaxt Moskvanın cənubundakı Tula bölgəsində düşüb. "Ria-Novosti" xəbər agenliyi isə təyyarədə 12 nəfərin olduğunu yazıb. Təyyarənin yerə düşməsindən əvvəl radardan itdiyi, lakin qəzanın səbəbinin hələ məlum olmadığı bildirilir.
Xəbərdə qeyd olunub ki, Rusiyada hərbi təyyarə qəzaları tez-tez müşahidə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB