Suriyada bazarda avtomobil partladılıb

Suriyada bazarda avtomobil partladılıb

Suriyanın Hələb əyalətinin Afrin şəhərinin mərkəzində minalanmış avtomobil partladılıb. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Al-Mayadeen" telekanalının "Twitter" səhifəsi məlumat yayıb.

Bildirilir ki, partlayış bazarda törədilib. Ölən və yaralananlar barədə məlumat yoxdur. Daha əvvəl Hələb şəhərinə xlorlu mərmilərin atılması nəticəsində 50 nəfər zəhərlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə