İsveçrənin Sürix kantonunda baş verən yol qəzası nəticəsində azı 1 nəfər ölüb, 40 nəfərdən çox xəsarət alan var. SİA-nın məlumatına görə, bu barədə yerli polis "Twitter" sosial şəbəkəsində yazıb. Avtobus İtaliyanın Genuya şəhərindən Almaniyanın Düsseldorf şəhəri istiqamətində hərəkət edirmiş. Hadisənin baş vermə səbəbi məlum deyil. Hadisə yerində xilasedicilər iş görür. Həkimlər xəsarət alan 3 nəfərin vəziyyətini ağır olaraq qiymətləndirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB