Həkimlər əməliyyat zamanı şok yaşadı FOTO

Həkimlər əməliyyat zamanı şok yaşadı FOTO

Türkiyənin Şanlıurfa şəhərində 14 yaşlı Məhmət Əkinçi qarın ağrısı diaqnozu ilə xəstəxanaya gətirilib. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, müayinələrdən sonra Harran Universitetinin Tibb Fakültəsinin Xəstəxanasında Əkinçinin mədə və bağırsağında yad əşyalar aşkar edilib. Dərhal əməliyyat edilən uşağın mədə və bağırsağında olan 2 kiloqrama yaxın yad əşyalar çıxarılıb. Belə ki, əməliyyat zamanı uşağın mədəsindən plastik çay qaşığı, əlcək, torba və kabel çıxarılıb. Onların ümumi çəkisi 2 kilo olub. Əməliyyatı uğurla sona çatdıran həkimlər şok yaşadıqlarını dilə gətiriblər.

Müəllif: Minarə Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə