Pakistan, Çin və Əfqanıstan terrorla mübarizəni müzakirə edəcəklər
Əfqanıstan, Pakistan və Çin nümayəndələri, ticarət məsələlərini, inkişaf problemlərini və bölgədəki münaqişələrin aradan qaldırılmasını müzakirə etmək üçün Kabildə bir araya gəliblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Əfqanıstan prezidentinin sözçüsü Şah Hüseyn Murtazavi söyləyib ki, hər üç ölkənin nümayəndələri görüş zamanı regional iqtisadi inkişafdan terrorizmlə mübarizəyə dair geniş məsələləri müzakirə edəcəklər.
Qeyd edək ki, Pakistan və Əfqanıstan uzun müddət “Taliban” və digər silahlı qruplara qarşı hər iki ölkənin sərhədində qeyri-qanuni hərəkətlər etməsi ilə mübarizə uğursuzluğuna görə bir-birlərini günahlandırıb. Çinin Pakistana on milyardlarla dollar pul ayırması nəticəsində hər iki ölkə Asiyanın ticarət əlaqələrini genişləndirmək məqsədi ilə Pekinin “One Line, One Way” siyasəti çərçivəsində sıx iqtisadi əlaqələr qurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB