Polis “sarı jiletli”lərdən daha 6 nəfəri saxladı

Polis “sarı jiletli”lərdən daha 6 nəfəri saxladı

Parisdə “sarı jiletli”lərin aksiyasında polis 6 nəfər saxlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Fransanın daxili işlər naziri Kristof Kastaner artıq Parisin mərkəzində yerləşən “Razılıq” meydanında olub. Etirazların təhlükəsizliyini təmin edilməsi məqsədilə əraziyə çoxlu sayda hüquq-mühafizə məmurları cəlb edilib.

Son məlumatlara görə, etiraz aksiyasının keçirilməsi ərazisində vəziyyətin sakitdir.

Xatırladaq ki, Fransada etiraz aksiyaları noyabrın 17-də ölkədə benzinin bahalaşması ilə başlayıb. Kütləvi aksiyalar zamanı nümayişçilərin polislə toqquşması, avtomobil və dükanların talan edilməsi və yandırılması, bankların dağıdılması ilə müşayiət olunur. Son rəqəmlərə görə, etiraz aksiyaları başlanandan bu günə qədər 4.5 min nəfər saxlanılıb, onlardan 4.1 min nəfəri nəzarət altına alınıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə