Dəfn mərasimindən gələrkən qəzaya düşdülər 18 ölü

Dəfn mərasimindən gələrkən qəzaya düşdülər 18 ölü

Nepalın şərqində sərnişinləri daşıyan avtobus uçurumdan yuvarlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 18 nəfər həlak olub, 16 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

Yerli polisin açıqlamasına görə, sərnişinlər dəfn mərasimindən gətirən nəqliyyat vasitəsinin sürücü idarəetməni itirib və uçuruma düşərək qəzaya uğrayıb.

Xilasedicilər tərəfindən təxliyə edilən sərnişinlər yaxınlıqda yerləşən tibbi müəssisəsinə çatdırılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə