ABŞ və PKK İŞİD-in qızıllarını axtarır - 24 ton

ABŞ və PKK İŞİD-in qızıllarını axtarır  - 24 ton

ABŞ və PKK-nın İŞİD-in qızıllarını axtarması ilə bağlı terror təşkilatının maliyyə məsələlərinə baxan əməkdaşı Əbu Zeyd el-Ambari çıxış edib. SİA-nın "Yeni Şafak" qəzetinə istinadən verdiyi məlumata görə, ABŞ və terror təşkilatı PKK-nın İŞİD-in Mosul və Rakkadan qaçarkən basdırdığı 24 ton qızılın ardınca düşdüyü iddia edilib.

Ambariyə görə, terror təşkilatı İŞİD 2015-2017-ci illər arası Suriya və İraqda əldə etdiyi qənimətləri əridərək qızıl və gümüşə çevirib. Təşkilat Mosul və Rakkadan çıxarkən bu qızıl və gümüşləri səhrada müəyyən nöqtələrə basdırıb. ABŞ-PKK ittifaqı da indi bunların arxasınca düşüb.

"Qızılların harada gizləndiyini yalnız 7 adam bilirdi. Bunlardan ikisi öldürülüb, biri isə itkin düşüb. İndi ABŞ və PKK bu qızılları ələ keçirməyə çalışır". Ambari belə deyib.

O, daha sonra bildirib ki, Mosul və Rakkanın tutulmasından sonra İŞİD-in bəzi rəhbərləri bölgədən azad olmaq üçün 3 tondan artıq qızılı Peşmərgəyə, ABŞ əsgərlərinə, PKK-lılara və suriyalılara rüşvət kimi verib. Bu isə gizli saxlanılır və hələ də çox adam bu haqda bilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə