2010-cu il: Mikroterrorizm ili

ABŞ-da bu ilin gündəminə iqtisadi məsələlər damğasını vurub. Avropada maliyyə böhranı, yardım paketləri və büdcə müzakirələri. Nə ABŞ, nə də Avropa iqtisadiyyatdakı problemlərə görə, xarici siyasət mövzularına maraq göstərə bilməyib. İraq problemi, amma ölkədə bir qədər sabitlik yaranıb. Əfqanıstanda qeyri-sabit vəziyyət davam edib, elə əvvəllər də belə idi. ABŞ ilə digər ölkələr arasındakı əlaqələri normal hesab etmək olar. Bir sözlə bu ili terror ili olaraq qiymətləndirmək bir qədər qəribə görünür. Amma bu belə idi.

 

"Keçdiyimiz doqquz ayda ABŞ-a istiqamətlənən terror hücumların sayı və sürəti bu günə qədərki bir illik dövrlərin hamısından çoxdur". SİA-nın məlumatına görə, bu cümlə ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin hesabatından götürülüb. 2010-cu ilin oktyabrında baş verən və yük təyyarələrini havaya uçurmağı məqsəd qoyan hücum da bunu təsdiq edir. Bu yalnız ABŞ üçün etibarlı bir vəziyyət də deyil. Rusiyanın rəsmi xəbər agenliyi "Ria Novosti" Rusiya ərazisində terror hücumlarının 2010-cu ildə iki dəfə çoxaldığını yazıb.

 

2010-cu il yeni bir terror ifadəsi ilə yadda qaldı: "mikroterrorizm", yəni kiçik ölçülü terror aktları. Terrorçular çox böyük və diqqətçəkici əməliyyatlardansa müvəffəqiyyətli ola biləcək kiçik əməliyyatları seçir. Bu ifadə xüsusilə "Əl Qaidə" və onunla əlaqəli təşkilatlar tərəfindən müdafiə olunur. Ancaq ideyanın Üsamə bin Laden, ya da təşkilatın ikinci adamı Eyman Əl-Zevahirinin olub- olmadığı qeyri-müəyyəndir. Bu iki şəxsin mövzu ilə əlaqəsinin olmaması belə narahatlıq yaradır. Əksinə, mikroterrorizmin cansıxıcı bir mənzərəni ortaya qoyması baxımından diqqət çəkir: Yuxarıdan idarə olunmur, aşağıdan partlayır.

 

"Əl-Qaidə"nin yeni internet jurnalı "Inspire"nin redaktorları mikroterrorizmin məntiqini belə açıqlayır: "Çox böyük bir bombanı partlatmağımıza ehtiyac yoxdur. Düşmənə hücum etmək, düşməni qan itkisi ilə öldürmək deməkdir. "Əl-Qaidə" bu ehtiyacdan bir prinsip ortaya çıxarır. Təşkilat daha əvvəllər ciddi qəbul olunması üçün irimiqyaslı əməliyyatlar planlaşdırıb həyata keçirilməsinin lazım olduğuna inanırdı. 1990-cı illərdə bir çox ölkədən yüzlərlə üzv vasitəsilə ABŞ-ın Keniya və Tanzaniya səfirliklərində həyata keçirilən terror aktları da bu qəbildən hesab oluna bilər. Bu strategiya 2001-ci ildə Nyu-Yorkda ticarət mərkəzinə edilən hücum ilə özünün zirvəsinə qalxdı. Bu gün Əfqanıstan və Pakistanda ağır zərbələr alan, maliyyə kanalları kəsilən, liderləri pilotsuz təyyarələrinin hücumlarına məruz qalan "Əl-Qaidə" böyük terror hücumlarını daha kiçikləri ilə əvəz etməyə üstünlük verir, başqa sözlə buna məcbur edilib.

 

Bu yeni terrorizm anlayışının dünyanı sarsıdacaq gücündəki əməliyyatlarla nəticələnməyəcəyini ifadə etmək lazımdır. Fərdi səylər müvəffəqiyyətsiz olsa belə, kiçik bir təsir yaradır. Dünyanın hər yerində gücün böyük təşkilatlardan, istəkli fərdlərə istiqamətləndiyini görürük. Texnologiya insanlara bu təşkilatların ağırlığını özləri üçün istifadə etmə imkanı yaradır. Mikroterrorizm təməldə asimetrik bir varlıqdır. Kiçik olduğu üçün nəzarət edilməsi çətindir. Bu dalğa Əfqanıstan, Yəmən və Somali kimi ölkələrdən qaynaqlanır. ABŞ düşmənlə mübarizə aparmaq üçün bu ölkələrə gəldikdə əli boş dönür.

 

Ən böyük narahatlıq və çətinlik isə əvvəllər cihad hadisələrinə qarışmayan qərblilərin terrorçu olduğunda baş verir. Mikroterrorizm problemi hələlik kiçikdir, həm könüllüsü az, həm də müvəffəqiyyəti məhduddur. Ancaq texnologiyanın demokratikləşməsi, könüllülərin artması eyni zamanda şiddətin də demokratikləşməsi anlamına gəlir.

Bütün xəbərlər Facebook səhifəmizdə