Rusiyanın Domodedovo beynəlxalq hava limanının fəaliyyəti müvəqqəti olaraq dayanıb. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Bakı vaxtı ilə saat 10:20 radələrində elektrik enerjisi ilə təchizat sisteminin sıradan çıxması gün ərzində hava limanının fəaliyyətini iflic vəziyyətə salıb. Azı 100 aviareysin təxirə salınması təxminən 8000 sərnişinin hava limanında qalmasına səbəb olub. Hadisə ilə əlaqədar görülmüş müvafiq işlər nəticəsində həmin gün Bakı vaxtı ilə saat 22:00 radələrində hava limanının elektrik enerjisi təchizatını bərpa etmək mümkün olub.
Son məlumata əsasən, hazırda hava limanında ölkədaxili uçuşlar bərpa edilib və sutka ərzində hava limanının normal iş rejimində fəaliyyət göstərəcəyi gözlənilir.
Qeyd edək ki, hava limanını elektrik enerjisi ilə təchiz edən iki transformator yarımstansiyası şaxtalı və yağıntılı hava şəraiti səbəbindən sıradan çıxdığı ehtimal edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB