Fransızlar Makronun vədlərinə inanmır SORĞU

Fransızlar Makronun vədlərinə inanmır SORĞU

Fransızlar arasında ölkədə baş verənlərlə bağlı sorğu keçirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, OpinionWay şirkəti tərəfindən aparılan sorğu əsasında məlum olub ki, əhalinin yarısı prezident tərəfindən verilən vədlərə inanmadığını açıqlayıblar.

Belə ki, ötən gecə Makron Fransa əhalisinə müraciət edərək, iqtisadi fövqəladə vəziyyət elan edib. O əhaliyə minimum əmək haqqının artırılması, aşağı pensiya alanlardan vergi və illik haqlarının lğvinə söz verib.

O həmçinin iki min avrodan az təqaüd alanlara dəstək verilməsi, eləcə də şirkətlərə işçilərə illik bonus ödəməsi ilə bağlı tədbirlərin görülməsi ilə bağlı tapşırıq verib.

Fransız dövlət katibi Olivier Dussot, təklif edilən tədbirlərin səkkiz-on milyard avro arasında başa gələcəyini açıqlayıb.

Makronun çıxışından sonra şirkət tərəfindən sorğu keçirilib. Fransızlara prezidentin vədləri və ölkədə keçirilən etiraz aksiyaları ilə bağlı suallar təqdim olunub.

Respondentlərin rəyləri demək olar ki, eyni dərəcədə bölüşdürülüb. Belə ki, soğu iştirakçılarının yarısı (50%) prezidentin vədlərinin qeyri-qənaətbəxş hesab edir, digər yarısı, 49% -i isə müsbər qarşıladıqlarını bildiriblər.

Respondentlərin 54 faizi “sarı jilet”lilərin aksiyalarını dayandırması, 45 faizi isə onları dəstəklədiklərini açıqlayıblar.

Qeyd edək ki, sorğu 991 nəfər arasında keçirilib. Fransada etiraz aksiyaları noyabrın 17-də benzinin qiymətinin bahalaşması ilə başlayıb. Etirazçılar ölkədə sosial vəziyyətdən narazılığını ifadə ediblər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə