İranın Çabahar şəhərində törədilmiş terror aktına görə 4 nəfər həbs edilib. SİA İran KİV-lərinə istinadən xəbər verir ki, təhqiqat zamanı Zahidan şəhərinin 4 sakini şübhəli şəxs qismində saxlanılıb. Onlar Çabaharda törədilən terror aktının təşkilində ittiham edilirlər.
Qeyd edək ki, dekabrın 6-də Çabahar şəhərində terrorçu kamikadze partlayıcı quraşdırılmış avtomobili şəhərin polis idarəsinin binası üzərinə sürüb. Baş verən partlayışda iki polis əməkdaşı həlak olub, 45 nəfər yaralanıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə