BMT-nin Baş Assambleyası ABŞ-ın təqdim etdiyi qətnaməyə səs verməyərək HƏMASI-ı terror təşkilatı kimi tanımadı. SİA xəbər verir ki, bu gün səhər saatlarında ABŞ-ın BMT nümayəndəsi Nikki Heyli BMT-nin Baş Assambleyasına qətnamə layihəsi təqdim edib. Layihədə fələstinlilərin müqavimət hərəkatı olan HƏMAS-ın terror təşkilatı kimi tanınması təklif edilib. Lakin səsvermə zamanı ABŞ 3\2 səs çoxluğu qazana bilməyib və HƏMAS terror təşkilatları siyahısına salınmayıb.
Beynəlxalq mətbuatın yaydığı xəbərlərə görə, ABŞ-ın nümayəndəsi N.Heyli səsvermədən əvvəl Assambleya üzvlərini hədələyərək bildirib ki, əgər ABŞ-ın təklif etdiyi qətnaməyə səs verməsələr “sizin üçün” pis olacaq. Bu hədəyə baxmayaraq, üzv dövlətlərin əksəriyyəti qətnamənin əleyhinə səs veriblər.
Qeyd edək ki, BMT-nin Təhlükəsizlik Şurasından fərqli olaraq Baş Assambleya qurumun hüquqi bölməsi hesab edilir. Assambleyanın bütün üzvlərinin səsvermə hüququ olsa da, heç birinin veto hüququ yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB