Türkiyədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. SİA “Haberturk”ə istinadən xəbər verir ki, Konya şəhərində polis əməkdaşlarının olduğu maşınla digər avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, 4 nəfər yaralanıb.
Yaralananlardan ikisi polis əməkdaşıdır. Qəzanın başvermə səbəbləri araşdırılır.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə