Fukusimada zəlzələ olub

Yaponiyanın şimal-şərqində 5,1 bal gücündə zəlzələ baş verib. SİA-nın “TASS”a istinadən verdiyi məlumata görə, təkanlar Fukusima prefekturasında qeydə alınıb.

Zəlzələ ocağı 40 kilometr dərinlikdə yerləşib. Xəsarət alanlar barədə məlumat yoxdur. Sunami təhlükəsi gözlənilmir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə