Putin: "Onlarla ölkə artıq həmin silahları istehsal edir"

Putin: "Onlarla ölkə artıq həmin silahları istehsal edir"

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Yaxın və Orta Mənzilli Raketlərin Ləğvinə Dair Müqavilədən çıxmasına cavab verib. SİA Rusiya KİV-nə istinadən xəbər verir ki, Putin Rusiyanın həmin müqavilənin şərtlərini pozmadığını və ABŞ müqavilədən çıxarsa, buna cavab verəcəklərini deyib: “Onlarla ölkə artıq həmin silahları istehsal edir. Amma ABŞ və Rusiya qarşılıqlı müqavilə ilə bir-birini bu məsələdə məhdudlaşdırıb. İndi görünür ki, amerikalı həmkarlarımız situasiyanın dəyişdiyini və ABŞ-ın da bu cür raketlər istehsal etməli olduğu qənaətinə gəliblər. Cavabımız nə olacaq? Çox sadə: biz də həmən silahdan istehsal etməyə başlayacayıq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə