18 millət vəkili istefa verdi

İsfahan əyalətinin su təchizatı sistemlərinin maliyyələşdirilməsinə dair proqramın 2019-cu il övlət büdcəsi layihəsindən çıxarılması qərarına etiraz edən 18 millət vəkili istefa verib. SİA "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, bu barədə millət vəkili Əkbər Turki açıqlama verib.

Onun sözlərinə görə, istefa edən millət vəkillərinin hamısı İsfahan əyalətini təmsil edirlər.

İran parlamentinin İsfahandan olan millət vəkili Nəsir Musevi Larqani "İSNA" xəbər agentliyinə açıqlama verərkən bildirib ki, ölkənin prezidenti Həsən Ruhani, isfahanlılara su təchizatı məsələsinin tez bir zamanda həll edilməsi ilə bağlı verdiyi vədləri yerinə yetirməyib.

Larqaninin sözlərinə görə, hökumətin Zaende çayının qurumasının qarşısını almaq üçün heç bir tədbir görməməsi də narazılığa səbəb olub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə