ABŞ-ın enerji naziri Qətərə və Səudiyyə Krallığına səfər edəcək

ABŞ-ın enerji naziri Qətərə və Səudiyyə Krallığına səfər edəcək

ABŞ-ın enerji naziri Rik Perri bəyan edib ki, tezliklə Qətərə və Səudiyyə Krallığına səfər edəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, amerikalı nazir səfərinin dəqiq tarixini açıqlamayıb.

Qeyd olunur ki, bu, oktyabrda səudiyyəli müxalif jurnalist Camal Kaşoqinin Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda dəhşətli qətlindən sonra Perrinin Ər-Riyada ilk səfəri olacaq. Amerikalı nazir həmçinin, təbii qaz sənayesinin inkişafına fokuslanmaq üçün yanvarın 1-də OPEK-dən rəsmən çıxacağını bəyan etməsindən sonra Qətərə də ilk dəfə səfər edəcək.

Güman olunur ki, görüşlərdə Perri Səudiyyəni neft hasilatını daha da artırmağa təşviq edəcək. Qətərlə bağlı yaranmış yeni vəziyyətdə isə amerikalı nazir Vaşinqtonun maraqlarının təmin olunmasına çalışacaq.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə