Ukrayna 8 yüksək rütbəli rusiyalını axtarışa verib

Ukrayna 8 yüksək rütbəli rusiyalını axtarışa verib

Ukraynanın Cənub regionunun hərbi prokurorluğu Kerç boğazında yaşanan insident səbəbilə 8 Rusiya vətəndaşı haqqında axtarış elan edib. Bu barədə Ukrayna Baş Prokurorluğunun saytında məlumat yayılıb.

Bildirilib ki, axtarılanlar FTX-nin Sərhəd Xidmətinin rəisi, kontur-admiral Sergey Stankeviç, xidmətin rəhbər köməkçisi vitse-admiral Gennadi Medvedyev, Regional Xidmət İdarəsinin sədri, birinci dərəcəli kapitan Ruslan Romaşkindir.

Bundan əlavə, rusiyalı kapitanlar Andrey Şein, Aleksey Şatoxin, Aleksey Salayev, Andrey Şpiçin və Sergey Şerbakov da axtarış siyahısındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə