Fransada yanacağa verginin artırılmasına moratorium qoyuldu

Fransada yanacağa verginin artırılmasına moratorium qoyuldu

Fransanın hakimiyyət orqanları ölkəni bürüyən etirazlar fonunda yanacağın vergisinin artırılmasına yarım illik moratorium tətbiq edib. Bu barədə Fransa mətbuatı məlumat yayıb.

“Zorakılıq dayandırılmalıdır. Biz respublika Prezidenti Emmanuel Makronla növbəti qərar qəbul etmişik. Yanvarın 1-dən qüvvəyə minməli olan 3 vergi tədbirini məsləhətləşmələrdən sonra 6 ay müddətinə dondururam. Onlar bütün tərəflərlə müzakirə olunmadan qəbul edilməyəcək”, - hökumət başçısı Fransa telekanallarının efirində belə deyib.

Baş nazir vurğulayıb ki, heç bir vergi millətin birliyini təhlükə altında qoymamalıdır.“Hərəkat başladıqdan bəri 4 həmvətənimiz həlak olub. Yüzlərlə vətəndaşımız, o cümlədən hüquq-mühafizə orqanlarının əməkdaşları xəsarətlər alıb”, - deyə Eduar Filipp qeyd edib. O, həmçinin dekabrın 15-dən martın 1-dək vergi sistemində mümkün dəyişikliklər mövzusunda milli müzakirələrin keçiriləcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə