Fransada lisey şagirdləri təhsil islahatı və hökumətin vergi siyasətinə etiraz olaraq yüzdən artıq liseyin girişinə maneə törədiblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Paris bölgəsində məktəblilər polislərə daş atmaqla yanaşı, bir neçə avtomobili yandırıblar.
Fəallar Fransada demək olar ki, bütün liseylərə girişin qarşısını ala biliblər. Etiraz aksiyasına təxminən on məktəb qatılıb. Lisey tələbələri təhsildə universitetlərə qəbul zamanı əvvəlcədən tələbə seçimi ilə bağlı islahatların ləğvini tələb edirlər. Etirazçılar həm də Fransa prezidenti Emmanuel Makronun istefasını tələb edən şüarlar səsləndiriblər.
Qeyd edək ki, Fransanın bir neçə şəhərində məktəblilərin dinc aksiyaları etiraz aksiyasına çevrilib. Tuluzada aksiya iştirakçıları bir neçə mağazanın vitrin şüşəsini sındırıb, Niççedə aksiya iştirakçıları ictimai nəqliyyatın hərəkərinə mane olublar. Bordoda polislər aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə ediblər. Ölkə mətbuatı bir məktəblinin ziyan çəkdiyini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB