Polşa Prezidenti: "Kömürdən tamamilə imtina etməyəcəyik"

Polşa Prezidenti: "Kömürdən tamamilə imtina etməyəcəyik"

"Kömür Polşa üçün strateji enerji mənbəyidir. Strateji xammalımızdan tamamilə imtina etməyi təsəvvürə gətirmək çətindir". "Report" TASS-a istinadən xəbər verir ki, bu fikirləri Polşa Prezidenti Andjey Duda İqlim Dəyişikliyi üzrə BMT-nin Ümumdünya Konfransı zamanı mətbuat konfransında deyib.

O qeyd edib ki, ekspertlərin fikrincə, ölkədə kömür ehtiyatları 200 il müddətinə kifayət edər və respublika atom energetikasını və digər təmiz texnologiyaları inkişaf etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə