Argentinada G20 sammitində ABŞ prezidenti Donald Trampla və ÇXR sədri Xi Jinping arasında 2,5 saatdan çox danışıqlar aparılıb. SİA-nınb xarici mətbuata istinadən verdiyi xəbərə görə, danışıqlar zamanı Amerika və Çin tərəfləri ticarət əlaqələrinin yeni şərtləri haqqında razılığa gəliblər.
"Ağ Evin" mətbuat xidməti Sara Sanders görüşün nəticələri haqqında məlumat verərək bildirib ki, Çin və Amerika liderləri arasında danışıqlardan sonra Çin ticarət balansını azaltmaq üçün ABŞ-dan böyük həcmli mal almağa razılığa gəlib.
"Çin, ölkələr arasında ticarət balansını azaltmaq üçün ABŞ-dan razılaşdırılmamış, lakin çox əhəmiyyətli kənd təsərrüfatı, enerji, sənaye və digər məhsullar almağa razıdır", - deyə Sanders dilə gətirib.
Bundan əlavə, o qeyd edib ki, Çin yaxın gələcəkdə Amerika fermerlərinin məhsullarını almağa başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB