Pakistanda terror davam edir
Bu gün Pakistanın şimal-qərbində terror aktı törədilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Bacaur regionunun Khar şəhərində partlayış nəticəsində azı 40 nəfər öldürülüb.
Məlumatda o da qeyd edilib ki, terrorist 1000-dən çox adamın iştirak etdiyi ərzaq paylanması məntəqəsində partlayıcı qurğunu işə salıb. İnsanların bir qismi öldürülüb, bir qismi isə yaralı vəziyyətdədir. Yaralananlar vertolyotla xəstəxanaya aparılıblar. Çox güman ki, ölənlərin sayı artacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə