Açıqlandı: "Rusiya bu sistem vasitəsilə Avropanı nəzarətə götürüb"

Açıqlandı: "Rusiya bu sistem vasitəsilə Avropanı nəzarətə götürüb"

Rusiya Mordoviyada “Konteyner” radiolokasiya sistemi yerləşdirib. Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Sistemin 3 min kilometr məsafədə supersonik raketləri izləmə qabiliyyətinə malik olduğu bildirilib.

“RLS 3 min kilometr məsafədə istənilən hava hədəfinin uçuşuna nəzarət edə bilir. Bundan əlavə sistemin köməkliyi ilə eyni anda 5 min müxtəlif tipli hava hədəfini nəzarətdə saxlamaq mümkündür”, - MN məlumatında qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə