İŞİD-in Kərkük valisi yaxalanıb

İŞİD-in Kərkük valisi yaxalanıb

İraq kəşfiyyatı İŞİD terror qruplaşmasının rəhbərlərindən birini yaxalayıb. Bu barədə qurumdan rəsmi açıqlama verilib. Məlumata görə, əvvəllər qruplaşmanın Şimali Bağdad və Kərkük valisi "vəzifələri"ni daşıyan Camal Xəlil Taha Zenad əl-Məşədani adlı terrorçu Bağdadda keçirilən xüsusi əməliyyat nəticəsində saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə