Kerç boğazında Toqo və Malta gəmiləri toqquşub

Kerç boğazında Toqo və Malta gəmiləri toqquşub

Kerç boğazında Toqo və Maltaya məxsus iki gəmi toqquşub. Bu barədə “FleetMon” informasiya yayıb. Məlumata görə, Toqo bayrağı altında üzən “Lady Maria” adlı yük gəmisinin manevr zamanı pərləri Maltaya məxsus “Azov Konkord” adlı gəminin lövbərinin zəncirinə ilişib.

Hadisə nəticəsində yük gəmisi xəsarət alıb, “Azov Konkord” isə lövbərinin zəncirini itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə