“Sarı jilet”lər aksiyasının üçüncü mərhələsi başlayıb

“Sarı jilet”lər aksiyasının üçüncü mərhələsi başlayıb

Parisdə “Sarı jilet”lər etiraz aksiyasının üçüncü mərhələsi başlayıb. SİA xəbər verir ki, dizel yanacağının qiymətinin artımına etiraz edən aksiyaçıların ümumi vergilərin azaldılması, alıcılıq qabiliyyətinin, eləcə də minimum əməkhaqqının artırılması, referendumun keçirilməsi və digər tələbləri var. Bu gün səhər saatlarından Parisin mərkəzi “Yelisey çölləri” küçəsinə 5 mindən çox polis nəfəri cəlb olunub. Etirazçılara qarşı gözyaşardıcı qazdan, su şırnağından və digər vasitələrdən istifadə edilir.

Ölkənin əyalətlərində “Sarı jilet”lər aksiyasının üzvləri yolları bağlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə