İlk dəfə dünyada üçölçülü insan bədənini daxildən tam şəffaf şəkildə görüntüləməyi bacaran cihaz təqdim olunub. Cihaz insan bədənini 20-30 saniyə ərzində görüntüləmə bacarığına qadiridir. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, alimlər tərəfindən müasir dövrdə istifadə olunan pozitron emissiya tomoqrafiyası (PET) ilə kompyuter tomoqrafiyasının iş bacarığı birləşdirilərək bu cihaz üzərində təkmilləşdirilib.
20-30 saniyədə insan bədənini görüntüləyən bu cihaz, kommersiya sistemlərində mövcud olan digər bahalı cihazlardan daha effektiv işləyə bilər. Bu da insanların orqaniz üçün zərərli olan radiasiya şüasını daha az qəbul etməsi deməkdir.
Bu cihaz vasitəsi ilə eyni zamanda xərçəng xəstəliklərinin, metabolizma və immunitetlə bağlı problemləri olan xəstələrin dəqiq diaqnozu qoyula bilər.
Cihazın inkişafında Kaliforniya Universitetinin Nüvə Təbabəti İdarəsinin rəhbəri Ramsey Badavinin böyük rolu olub.
Qeyd edək ki, cihaz ilk dəfə 2019-cu ildə Kaliforniyada bir araşdırma layihəsində istifadə ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB