ABŞ, Meksika və Kanada yeni ticarət sazişi imzalayıblar

ABŞ, Meksika və Kanada yeni ticarət sazişi imzalayıblar

ABŞ prezidenti Donald Tramp, Meksikanın baş naziri Enrique Pena Nieto və Kanada Baş naziri Jastin Trüdo yeni ticarət sazişi (USMCA) imzalayıblar. SİA "Anadolu" agentliyinə istinadən xəbər verir ki, sənəd Argentinada keçirilən G-20 sammiti çərçivəsində imzalanıb.

Yeni ticarət sazişi Şimali Amerika azad ticarət sazişini (NAFTA) əvəz edəcək. Yeni razılaşma, ildə bir trilyon dollar ticarət dövriyyəsini əhatə edəcək.

İmzalanma mərasimində çıxış edən Tramp, sazişi "tarixin ən böyük, ən əhəmiyyətli və müasir" sənədi adlandırıb. Ağ Evin rəhbəri sazişin hər üç ölkəyə fayda verəcəyini bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə