İsrail əsgərləri fələstinlilərə atəş açıb yaralılar var

İsrail əsgərləri fələstinlilərə atəş açıb yaralılar var

Ötən gün cümə namazlarından sonra Qəzzadan İsrailin zəbt etdiyi ərazilər istiqamətdə dönüş yürüşləri həyata keçirilib. SİA əl-Məyadinə istinadla xəbər verir ki, İsrail qüvvələri Qəzzanın şərqində Xan-Yunis rayonunda dönüş yürüşü həyata keçirən fələstinlilərə gözyaşardıcı qazlar və rezin güllələrlə yanaşı odlu silahdan da atış açıblar.

Onlarla fələstinli yaralanıb ki onların arasında bir neçə jurnalist də var.

Qeyd edək ki, bu fələstinlilərin 36-cı dönüş yürüşüdür. ABŞ prezidenti Donald Trampın Qüds qərarından sonra fələstinlilərin işğal edilən ərazilər istiqamətdə dönüş yürüşləri başlayıb. Bu yürüşlərdə 250-dən çox fələstinli həlak olub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə