Argentinanın paytaxtı Buenos Ayres şəhəri yaxınlığında 3,8 bal gücündə zəlzələ baş verib. “Report” TASS-a istinadən xəbər verir ki, təbii fəlakət episentri paytaxtın 33 kilometr cənubunda olmaqla 25 kilometr dərinlikdə qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat verilmir. Qeyd edək ki, noyabrın 30-dan Buenos Ayresdə "G-20" ölkələrinin sammiti başlayıb və dekabrın 1-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB