Avstraliyanın Baş naziri Skott Morrison və ABŞ Prezidenti Donald Tramp Argentinada keçiriləcək G20 sammiti çərçivəsində görüşəcəklər. Bu barədə Avstraliyanın Baş naziri şəxsi “Twitter” səhifəsində məlumat yerləşdirib. “Bu gün axşama doğru Buenos-Ayresdə Prezident Donald Tramp ilə görüşü səbirsizliklə gözləyirəm. Biz hər ikimiz çox yaxşı bilirik ki, güclü iqtisadiyyat və milli təhlükəsizlik hər şeyin əsasında dayanır”, - deyə S.Morrison yazıb.
Xatırladaq ki, “Böyük iyirmiliyin” sammiti noyabrın 30-dan dekabrın 1-dək Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək.
Almaniya kansleri Angela Markelin sammit çərçivəsində D.Tramp və Çinin Sədri Si Cinpin ilə görüşləri təxirə salınıb. Bundan əlavə, D.Tramp da Rusiya Prezidenti V.Putin ilə görüşünü ləğv edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB