Yunanıstanda tələbələrin etiraz aksiyası

Yunanıstanda tələbələrin etiraz aksiyası

Yunanıstanın Afina və Saloniki şəhərlərində tələbələr etiraz aksiyaları keçiriblər. SİA xəbər verir ki, Salonikidə keçirilən etiraz aksiyalarında tələbələr əllərində “Makedoniya Yunanıstandır” şüarları yazılmış plakatlar tutublar. Onlar Makedoniyanın adının Şimali Makedoniya Respublikasına dəyişdirilməsini nəzərdə tutan Prespa sazişinə qarşı çıxış ediblər.

Afinada isə tələbələr Makedoniyanın adının dəyişdirilməsinə qarşı çıxanları qınayır və onları “faşist” adlandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə