Ukraynanın prezidenti Petro Poroşenko NATO-ya Rusiya ilə aralarında yaşanan münaqişədən sonra Azov dənizinə döyüş gəmiləri göndərməklə bağlı mesaj göndərib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, NATO isə ittifaqa üzv olmayan Ukraynaya tam dəstək verəcəyi barədə hələlik qərar verməyib. Rusiya lideri Vladimir Putin isə Poroşenkonu prezident seçkiləri öncəsi təxribatla məşğul olmaqda günahlandırıb.
Poroşenko Rusiya ilə sərhəd vilayətlərdə 30 günlük bir hərbi vəziyyət elan etməyinin səsəblərini də açıqlayıb: "Putin Azov dənizini işğal etməkdən başqa bir şey istəmir".
Ukrayına lideri açıqlamasında: "Almaniya ən yaxın müttəfiqlərimizdən biridir. Ukraynaya kömək və təhlükəsiziliyinin təmin olunması üçün gəmilərini Azov dənizinə göndərməyə hazır olduğuna ümid edirik. Rusiyanın bu təcavüzkar siyasətini qəbul edə bilmərik. İlk Krım, sonra Şərq Ukrayna və indi də Azov dənizini istəyir. Almaniya da bunu soruşmalıdır", deyib.
NATO-nun baş katibi Jens Stoltenber isə açıqlamasında: "Rusiya nəzarətdəki ukraynalı əsgərləri sərbəst buraxmalıdır və Moskva hərəkətlərinin nəticələrini nəzərə almalıdır" deyib. Stoltenberq həmçinin vurğulayıb ki, İttifaq Ukraynaya siyasi və praktik dəstək göstərməyə davam edəcək.
Krımda nə baş verdi?
Ukrayna gəmiləri 2014-cü ildə Rusiyanın işğal etdiyi Kırım sahillərinə yola düşüb. Ukrayna Rusiya donanmasının açdığı atəş nəticəsində 6 hərbiçisinin yaralandığını açıqladı və sonra Rusiyanın 24 ekipaj üzvünü nəzarətə aldı. Bundan əlavə Ukrayna Rusiya tərəfindən hər an işğal edilmə təhlükəsi ilə qarşı-qarşıya olduğunu səbəb göstərərək 30 günlük hərbi vəziyyət elan etdi.
Ukrayna Azov dənizindəki iki gəmini qəsdən maneə törətdiyini səbəb gətirərək Rusiya gəmilərini Kerç boğazından keçməməsinə çalışıb. Ələ keçirilən 24 ukraynalı əsgər Krımda məhkəmə tərəfindən iki ay həbs cəzasına məhkum edilib.
Putin nə dedi?
Rusiyanın Ukraynaya məxsus donanmaya aid üç gəmini tutduqdan sonra ilk dəfə danışdığını söyləyən Putin: "Bu, şübhəsiz ki, bir təxribatdır, seçkilərdən əvvəl prezident tərəfindən təşkil edilmişdi, çünki ictimai dəstəkdə beşinci yeri tutmuşdu. İndi seçkilər keçirilsə Poroşenko seçicilərin yalnız 10 faizinin dəstəyini qazana bilər. Respondentlərin təxminən 50 faizi Poroşenkonya səs verməyəcəyini söyləyib.
Aysel Azad
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB